AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASNIN TARİXİ

Azərbaycan Dövlət Filarmoniyasnın binası

1 5 3 1 7 7 8 9 0 4 5 9 3 6 8 2 9 1 8 9 7 8 5 2 4 0 0

1910-1912-ci illərdə “İctimai toplantıların yay binası” proyekti kimi inşa edilmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakəndə fəaliyyət göstərən ansambllar, örkestrlər və musiqi həvəskarları bu binada toplandı. 1936-cı il mayın 25-də SSRİ-nin (MDB) başqa respublikalarında olduğu kimi Azərbaycanda da Filarmoniya yarandı.



1936-37-ci illərdə binada bərpa işləri görulmuşdur. 1937-ci il avqust ayının 11-də işə Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edildi ki, Əməkdar İncəsənət xadimi Müslüm Maqomedoviç Maqomayevin adını əbədiləşdirməkdən ötru Azərbaycan Dövlət Filarmoniyasına bəstəkarın adı verilsin.

Elə həmin ildən Azərbaycan Dövlət Filarmoniyası Respublikamızın mədəni həyatında əvəzedilməz rol oynayır. Filarmoniya milli və klassik musiqiçilərin təkrarsız təbliğat oçağıdır. Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Bunlar Azərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatları laureatı, professor Rauf Abdullayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Gulbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası, Əməkdar incəsənət xadimi Teymur Goyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti, F.Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, bu kollektivin nəzdində fəaliyyət gostərən Azərbaycan Dövlət Xalq Calğı Alətləri orkestridir.

Xatırladaq ki, Azərbaycan musiqi sevərlərinin könlunu oxşayan bu möhtəşəm konsert təşkilatının binası 1996-cı ildən bəri təmir işləri ilə əlaqədar fəaliyyət göstərmirdi. 8 illik fasilədən sonra binada təmir işlərinə başlandı. Mərhum prezident H.ƏIiyevin şəxsi səyi və istəyi nəticəsində 8 aylıq təmirdən sonra 27 yanvar, 2004-cü ildə təntənəli surətdə tamaşaçılara təhvil verildi. Açılışda prezident İlham Əliyev, Mədəniyyət naziri Polad Bülbüloğlu, dünyasohrətli violoncel ustası Mstislav Rostropoviç, Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli iştirak etmişdilər.

Filarmoniyanın təntənəli açılışına həsr olunan konsertdə dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Dövlət Simfonik orkestri və Gulbacı İmanovanın rəhbərliyi altında Dövlət Xor Kapellasının təqdim etdiyi konsert proqramı boyük müvəffəqiyyətlə qarşılandı.

Proqramda Mstislav Rostropoviçin ifasında İ.S. Вахт 2 saylı suitasından Sarabanda, Firəngiz Əlizadənin açılışa həsr etdiyi “İthaf” (ilk ifa), Ü.Hacıbəyovun “Koroğlu” operasına uvetüra, Q.Qarayevin “ Yeddi gozəl” baletindən “Vals” və “Yurus”, F.Əmirovun “Azərbaycan kapricciosu” və Ü.Hacıbəyovun “Koroğlu” operasından “Cənlibel xoru” səsləndi. ; Azərbaycan Dövlət Filarmoniyası Respublikanın aparıcı konsert təşkilatıdır. Filarmoniya klassik musiqinin təbliği və təsviqində müstəsna rol oynayır. Oz daxilində fəaliyyət gostərən kollektivlərdən əlavə, burada xarici olkələrdən gələn məşhur solistlərin çıxısları mütəmadi olaraq təşkil edilir. Bu mənada Filarmoniyada keçirilən konsertlərin daha maraqlı təşkili həm də xaricdən dəvət olunan ifaçıların çıxışları ilə izah oluna bilər.

Son iki il ərzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Filarmoniyanın müxtəlif kollektivləri ilə çıxış edən xarici artistləri Respublikamıza dəvət edir. Bu siyahıda V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestrinin bədii rəhbəri və baş dirijoru Dmitri Xoxlov, Norveç Opera və Balet Teatrının solisti İngeborq Kosmo, Boyük Britaniya pianoçusu Deniel Qrimvud, Ukrayna Respublikasının xalq artisti, Vokalçıların Beynəlxalq Müsabiqələr laureatı Tatyana Pimenova, “Bazel” Musiqi Akademiyasının professoru, Fransız “Diapazon D,OR” mükafatı laüreatı İvan Moniqetti, ükrayna milli opera teatrının solisti İrina Dats, İohan Straüs adına Vyana ansamblı, Ukrayna Respublikasının əməkdar artisti Oksana Dika, Rusiya Dövlət Akademik Boyük Teatrının solisti Marqarita Maruna, Türkiyə fleytaçısı Sefika Kutluer, Almaniyalı dirijor Pyer Domenik Ponnellenin və digərlərinin adı var.

Bundan əlavə Fransalı pianoçu Fransua Saplen, pianoçuların Beynəlxalq Müsabiqələr laureatı Denis Matsuyev (Moskva), Moskva solistləri orkestrinin baş dirijoru və solisti Yuriy Basmetin Filarmoniyada çıxışları planlaşdırılır.

Leave a comment

You must be logged in to post a comment.
Azərbaycan Dövlət Filarmoniyası